Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda Erməni Olimpiadası keçirilir, qondarma rejimin yaratdığı "respublika" da təmsil olunur

İranın paytaxtı Tehran şəhərində 48-ci Erməni Olimpiadası keçirilir. Oyunlarda Dağlıq Qarabağda yaradılmış terrorçu rejimin yığması da iştirak edir. 10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atlet 9 idman növü üzrə yarışacaq. Rəsmi məlumatlarda qeyd edilməsə də, olimpiadada Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin yaratdığı "respublika" da təmsil olunub.

Olimpiya idman oyun növlərinin də daxil olduğu Ümumerməni oyunları sentyabrın 20-dək davam edəcək.

Tehrandakı "Ararat" stadionunda Ümumerməni Oyunlarının təntənəli açılışında İran prezidentinin köməkçisi, höccətülislam Əli Yunis və İranın Milli Olimpiya Komitəsinin sədri Kiyamərs Haşimi, Tehranın erməni yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Tehranın qubernatoru Seyid Hüseyn Haşimi, İranın gənclər və idman nazirinin müavini Əbdülhəmid Əhmədi, habelə İranın Ermənistandakı səfiri Kazım Səccadi və Ermənistanın tanınmış atletləri iştirak ediblər.

Keçirilən bu olimpiada birbaşa rəsmi Tehranın icazəsi ilə reallaşır. Bu məsələdə İran hakimiyyəti məsuliyyət daşıyır. Rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü sözdə tanımasına baxmayaraq, belə bir tədbirdə separtizmə dəstəyi, cəmiyyətimiz tərəfindən İranın işğalçının yanında olması kimi qiymətləndirilir.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İslam Respublikasında ermənilərin idman olimpiadası keçirtməsi və qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə xəbərlərə aydınlıq gətirib.

Səfirlikdən Bizimyol.info saytına bildirilib ki, İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir.

Səfirin sözlərinə görə, yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı bu yarışlarda qonaq qismində iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştiraka dəvət edilməyib.

Səfir bildirib ki, hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu kimi separtizmə dəstək Azərbaycanın əks-reaksiyası ilə üzləşəcək.” İranın regional güc və Yaxın Şərdə silahlı terror dəstələrinə sahib olması, Azərbaycanın milli təhlükəsizliyini təhdid edir. ABŞ və Qərbin İrana qarşı sanksiyaları məhz yerində verilən qərardır. Bu dövlət nüvə silahına malik olarsa, birbaşa bizim müstəqilliyimizi təhdid edəcək. Ona görə də İsrail-ABŞ tandeminin İran siyasəti, regional təhlükəsizliyin təmini deməkdir”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »