Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İlk dərs günü məktəbin tavanı çöküb - Foto
Məktəb çöküb

Goranboy rayonunda orta məktəbin tavanı dərs zamanı çöküb.

Hadisə rayonun Boluslu kəndində yerləşən orta məktəbdə baş verib.

Belə ki, səhər saatlarında 2-ci siniflərin ilk dərsə başladığı zaman sinif otağının tavanı uçub.

Hündürlükdən tökülən torpaq qatı nəticəsində sinif otağını toz bürüyüb.

Xoşbəxtlikdən hadisə baş verən zaman şagirdlərdən xəsarət alan olmayıb.

Müəllimlərin köməyilə 20-dən artıq uşaq təhlükəsiz əraziyə çıxarılıb.

Yerli sakinlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir.

Həmin məktəb 1967-ci ildə istifadəyə verilib. Təhsil ocağının sinif otaqları yararsız vəziyyətdədir. Valideynlər Boluslu kəndi ərazisində yeni məktəb binasının inşa edilməsinə ehtiyac olduğunu bildiriblər.

Qeyd edək ki, Boluslu kəndində 1442 sakin yaşayır. Kənd orta məktəbində isə 232 şagird təhsil alır.(Baku.ws)

Məktəb çöküb

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
Son xəbərlər
Bütün xəbərlər »