Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat verir ki, gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.

Bu haqda xəbər Bizimyol.info-ya İTV-dən daxil olub. Məlimatda deyilir ki, Avroviziya Mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”-da keçiriləcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"-nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Son xəbərlər
Bütün xəbərlər »