Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sosial müavinətlərin təyinat mexanizmi elektronlaşacaq
Vergi - Sigorta - memur

Cari ilin ilk aylarından sosial müavinətlərin elektron təyinatı infrastrukturunun qurulması işlərinə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd növü üzrə təyinat mexanizmini elektronlaşdıracaq.

Nazirlikdən bildirilib ki, onların sırasına uşağın anadan olmasına görə birdəfəlik müavinət, 18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə aylıq müavinət və həmin uşaqlara qulluq edənə aylıq təqaüd, eləcə də birinci, ikinci və üçüncü dərəcə əlilliklərə (o cümlədən müharibə səbəbi ilə əlaqədar həmin dərəcələr üzrə əlilliklərə) görə aylıq müavinət və birinci dərəcə əlilliyi olan şəxsə qulluq edənə aylıq təqaüd aiddir.

Bundan əvvəl isə nazirlik ölkədə ilk proaktiv xidmət kimi, 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir.

Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.

Paylaş »
››› Bakıda aksiya: Etirazçıları Kürdəmirə, Yevlaxa apardılar - Video
››› İlham Əliyevin Paşinyanı çətin duruma saldığı an - Video
››› Bakıda "Babil" serialındakı üsulla iş təklifi edilir - Foto, Video
››› DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya
››› Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi
Son xəbərlər
Bütün xəbərlər »