Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Jirinovski Ukraynanın “amerikanlaşmasının” qarşısını almaq yolunu tapdığını deyib

Rusiyanın radikal Liberal-Demokrat Partiyasının lideri Ukraynanın ABŞ-ın əlinə keçməsinin qarşısını almaq yolunu açıqlayıb.

Musavat.com-un verdiyi xəbərə görə, Vladimir Jirinovski bunun üçün Rusiyanın təkcə Donbas sakinlərinə deyil, bütün Ukrayna ərazisində vətəndaşlıq pasportlarının paylanmasının vacib olduğunu söyləyib.

Radikal siyasətçinin sözlərinə görə, bununla nəticədə Ukraynada heç bir ukraynalı vətəndaşın qalmamasını təmin etmək olar.

“Düşünün, bir adamın əlində Rusiya, Macarıstan, Polşa pasportu var. Ukrayna sənədi isə heç bir işə yaramır. Budur Ukraynanın layiq olduğu son...”,-deyə Vladimir Jirinovski bildirib.

Qeyd olunur ki, bundan daha öncə rusiyalı siyasətçi Polşanın İkinci dünya müharibəsindən öncəki siyasətinə görə cəzalandırılmalı olduğunu demişdi. Onun fikrincə, Rusiya dərsliklərində Polşa müharibənin başlamasının əsas günahkarı kimi göstərilməlidir.

Jirinovski buna əsas kimi Polşanın 30-cu illərdəki lideri Yuzef Pilsudkinin Adolf Hitlerlə yaxın olduğuunu iddia edib.

“Avropa Almaniyanı SSRİ-yə qarşı qızışdırmaq istəyirdi. Polşa isə Hitleri alqşlayanlardan biri olub. Elə buna görə də paylarını aldılar”,-deyə Jirinovski vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »