Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri Donald Trampla “Patriot” raketlərinin mümkün alışı ilə bağlı danışıqlara başlayıb və müzakirələr bu ay keçiriləcək görüşdə davam etdiriləcək.

Virtualaz.org bildirir ki, bu barədə “Times of İsrail” nəşri məlumat yayıb.

Türkiyə lideri “Reuters” agentliyinə müsahibəsində biıdirib ki, iki həftə əvvəl Amerika lideri ilə telefon danışığında mümkün satın alma barədə artıq anons verib və bu məsələ ilə bağlı danışıqları davam etdirəcək.

"Dedim ki, hansı paket olursa- olsun, yəni S-400-lərimizin olmasına baxmayaraq, sizdən müəyyən miqdarda “Patriot” ala bilərik. Ancaq onu da dedim ki, biz burada ən azı S-400-ə yaxın olan şərtləri görməliyik", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »