Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ADPU-da birinci kursa qəbul olan tələbələrlə görüş keçirilib

Bu gün tarixində Azərbaycan Dövlət Pedaqoji Univerisiteti (ADPU) Məktəbəqədər Təhsil fakültəsində birinci tədris ilinə daxil olmuş tələbələrlə tanışlıq görüşü keçirilib.

Bizimyol.info xəbər verir ki, fakültəyə qəbul olan tələbələrlə görüşdə həmin fakültənin dekanı, professor Şəhla Əliyeva, dekan müavinləri, kafedra müdirləri və dekanlığın əməkdaşları iştirak ediblər.

Ş.Əliyeva tərəfindən tələbələrə universitet və fakültə haqqında ətraflı məlumat verilib.

Eyni zamanda fakültənin tyutoru, sosial və humanitar işlər üzrə dekan müavini Səkinə İbrahimova tələbələrə universitetlə tanışlıq haqqında ətraflı məlumat veron və bu 4 ildə keçəcəkləri tədris prosesində olan məqamlara onların diqqətini yönəldib. Görüşdə valideynlər, tələbələr verilən məlumatlara görə öz minnətdarlıqlarını bildirib, çıxışlar ediblər.

Son xəbərlər
Bütün xəbərlər »