Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan prezidentinin oğluna Fransada vəzifə verildi

Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Fransa Prezident Administrasiyasında vəzifəyə təyin olunub.

Qaynarinfo xəbər verir ki, Fransa və Gürcüstan vətəndaşlığına sahib T.Qorcestani Asiya və Amerika ölkələri ilə diplomatik məsələləri həll edəcək. O, daha əvvəl Fransanın BMT missiyası çərçivəsində Nyu-York və Fransanın London səfirliyində çalışıb.

Qeyd edək ki, Salome Zurabişvili 1952-ci ildə Parisdə doğulub və Fransanın diplomatik strukturlarında çalışıb.

Son xəbərlər
Bütün xəbərlər »