Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"
2019-09-15_100834

Türkiyənin Muratpaşa vilayətində gənc, anasıyla mübahisə edən atasını qətlə yetirib.

"Bizimyol.info"nun Türkiyə KİV-nə istinadən məlumatına görə, ailə başçısı Halil İbrahim B. bir tanışı üçün bankdan kredit götürüb. Lakin, sonradan, kreditin ödənilmədiyini görən Hatice, B. Halil İbrahimlə mübahisə etməyə başlayıb.

Halil İbrahim Haticeyə "ödənilməyibsə, ödənilməsin, mən özüm ödəyərəm pulu!" deyərək səsini yüksəldib.

Cütlüyün hadisəyə şahid olan övladı Salih B. atasından anasına qışqırmamasını tələb edib. Bu sözdən sonra Halil Haticeylə yox, Salihlə mübahisə etməyə başlayıb. Söhbətin get-gedə davaya çevrildiyini görən Salih, mətbəxdən iti bıçağı götürərək atasını qətlə yetirib. Halil İbrahim qanlar içində yerə yıxılıb.

Qonşuların şikayətindən sonra hadisə yerinə polis və təcili yardım briqadasının əməkdaşları cəlb olunub. Təcili olaraq xəstəxanaya çatdırılan Halil B.- nin həyatını xilas etmək mümkün olmayıb.

Salih B. polislər tərəfindən saxlanılıb. Salıhın anası Haticeni isə ifadəsini almaq üçün polis bölməsinə aparıblar.

Adelya

Paylaş »
››› Azər Axşam həyat yoldaşını dəstəklədi, dövlət başçısına müraciət edəcəyini bildirdi - Foto
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
››› Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »