Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başına təkər düşən qadın ölüb

Yevlaxda yaşlı qadın ehtiyatsızlıq nəticəsində ölüb.

Hadisə rayonun Kövər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1949-ci il təvəllüdlü Qöncə Quliyevanın başına divarda asılı olan motosiklet təkəri düşüb.

Başından ağır xəsarət alan yaşlı qadın rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)

Son xəbərlər
Bütün xəbərlər »