Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
80 yaşlı qadına təcavüz etmək istədi - Foto

Türkiyənin Adana şəhərində 6 uşaq və 14 nəvəyə sahib olan 80 yaşlı Fatma Altunözə təcavüz etmək istəyiblər.

"Bizimyol.info"nun "Sabah"a istinadən məlumatına görə, hadisə Altunözün öz evində baş verib.

Belə ki, o, evində namaz qıldıqdan sonra yatmağa gedib. Bir müddət sonra isə üzünə yad bir əlin toxunduğunu hiss edib. Qışqıraraq qonşularını köməyə çagırmasına baxmayaraq, onu eşidən olmayıb. Bunu görən çarəsiz qadın manyakın əlini dişləyib. Buna əsəbləşən şəxs qadını yumruqlayaraq təcavüz etməyə çalışıb. Evin yaxınlığından səslərin gəldiyini eşidən manyak anında evi tərk edib. Hadisə yerinə isə polis əməkdaşları cəlb olunub.

Aparılan araşdırmalar nəticəsində onun 54 yaşlı 2 uşaq atası İ.M olduğu məlum olub. İ.M əvvəlcə sərbəst buraxılsa da, daha sonra "Adana Cumhuriyet Başsavcılığı" onun azadlıqdan məhrum ediləcəyini bildirib.

Qeyd edək ki, hazırda İ.M həbsdədir.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »