Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Universitetə qəbul olsalar da, oxumaqdan imtina etdilər
telebe

Bu il ali məktəbələrə qəbul olunmuş 1-ci kurs tələbələrinin qeydiyyatı artıq başa çatıb. Heç şübhəsiz ki, bu il də hansısa səbəblərdən qəbul olunduğu ali məktəbdən imtina edən gənclər olub.

Bizimyol.info xəbər verir ki, modern.az saytı ali məktəblərə qəbul olunub, lakin qeydiyyatdan keçməyən - başqa sözlə ali təhsildən imtina edən - tələbələrin sayını öyrənmək üçün univeritetlərlə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova:

"2019/2020 ci tədris ilində BDU-ya 5218 nəfər qəbul olunub. 5128 nəfər qeydiyyatdan keçib, lakin 90 nəfər qeydiyyatdan keçməyib. Tələbələrin qeydiyyatdan keçməməsinin əsas səbəblərindən biri onların xaricdə oxumaq fikri əsas rol oynayır".

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı:

"2019/2020-ci tədris ilinə Azərbaycan Dillər Universiteti üçün bakalavriat səviyyəsi üzrə 1605, magistratura səviyyəsi üzrə 333 plan yeri nəzərdə tutulmuşdu. Tələbə qeydiyyatının nəticələrini nəzərə alaraq, deyə bilərəm ki, qəbul planı 95% yerinə yetirilib. Keçən tədris ilində bu rəqəm 91% təşkil edirdi. Gələn ilə hədəfimiz 100%-dir. Statistika göstərir ki, universitetimizə maraq ildən-ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır.

Bu il qeydiyyatdan keçməyən 10 tələbə olub. Bunun da müxtəlif səbəbləri var. Məsələn, abituriyent qəbul olunur, amma fikrini dəyişir, təhsilini xaricdə davam etdirmək istəyir. Yaxud ailənin ödənişi etmək imkanı olmur. Digər səbəb kimi isə abituriyentin qəbul olunduğu ixtisasda oxumaq istəməməsini də göstərmək olar".

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Qəzənfər Bayramov:

"Bu il Texniki Universitetə 1509 tələbə qəbul olunub və qeydiyyatdan keçib. 58 nəfər isə qəbul olunub, lakin qeydiyyatdan keçməyib".

Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU) mətbuat xidməti:

"Bu il Azərbaycan Neft və Sənaye Universitetinə UFAZ-la (Azərbaycan-Fransız Universiteti) birlikdə 2870 nəfər qəbul olunub. UFAZ-ı çıxsaq, ADNSU-ya 2731 nəfər qəbul olunub. 53 nəfər tələbə isə qeydiyyatdan keçməyib".

Bakı Slavyan Universitetinin mətbuat xidməti:

"Bu il Slavyan Universitetinə 984 tələbə qəbul olub. 26 nəfər tələbə qeydiyyatdan keçməyib".

Paylaş »
››› Əli Kərimlinin mühafizəçisinin səs yazısı yayıldı - Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video
››› Sünnət toyunda əxlaqsız rəqsə görə rəqqasələrə və uşağın ailəsinə cinayət işi açıldı - Video
››› Tərcüməçinin Trampın çıxışına verdiyi reaksiya hər kəsi təəccübləndirdi - Video
Son xəbərlər
Bütün xəbərlər »