Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxt sakinləri Bakının işğaldan azad olunduğu günü bilirmi? - Videosorğu

15 sentyabr Bakının erməni işğalından azad edilməsi günüdür.

Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi. Bəli, 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.

Bizimyol.info-nun əməkdaşları paytaxt sakinlərindən soruşub: 15 sentyabr nə günüdür?

Videosorğunu təqdim edirik:

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »