Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qvardioladan Sterlinq açıqlaması
gettyimages-852308978

“Mançester Siti”də yüksək səviyyədə oyun göstərən futbolçulardan biri Rahim Sterlinqdir. Komanda yoldaşı, İngiltərə millisinin üzvü Trevor Sinkler Sterlinqin Kriştiano Ronaldo və Lionel Messi ilə eyni səviyyədə olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu haqda yüksək fikirdə olduğunu gizlətməyib. Amma Sinklerin belə fikir söyləməkdə tələsdiyini düşünür.

“Şadam ki, Sterlinq klubda və milli komandada belə yaxşı oynayır. Sterlinqə heyranam, amma heç kim Ronaldo və Messi ilə müqayisə oluna bilməz. Rahim zəhmətkeş futbolçu, yaxşı oğlandır”, - Qvardiola belə deyib.

Rahim Sterlinq İngiltərə milli komandasında oynasa da, Yamaykada doğulub. “Mançester Siti”yə 4 il əvvəl “Liverpul”dan gəlib. “Siti” hücumçunu 49 milyon funt sterlinqə almışdı.

Paylaş »
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Koronavirus İrandan Türkiyəyə sıçradı
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
››› Dünya Səhiyyə Təşkilatından Azərbaycanla bağlı açıqlama
››› İranda koronavirusdan ölənlərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »