Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya uzunömürlülərin sayına görə yenə rekord vurdu: 100-dən çox yaşayanların sayı 23 dəfə artıb

Yaponiyada yaşı 100-ü keçmiş insanların sayı 70 min nəfəri ötüb. Asiya ölkəsinin səhiyyə nazirliyi bununla bağlı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, yaşı 100-ü keçmiş insanların əksəri qadındır. Ümumilikdə Yaponiyada belə 8463 kişi və 62,7 min qadın var.

Son bir ildə ölkədə uzunömürlülərin sayı 1453 nəfər artıb. Beləliklə, Yaponiya 49-cu dəfə uzunömürlülərin rekordunu təzələyib.

1963-cü ildə ilk dəfə uzunömürlülər sayılarkən Yaponiyada belə 153 adam vardı. Son 30 ildə yaşı 100-ü keçmişlərin sayı 23 dəfə artıb. Yaponiya Səhiyyə Nazirliyində düşünürlər ki, əsas səbəb tibb sahəsindəki texnologiyaların inkişafıdır. Bundan başqa yaponlar da səhhətinə çox məsuliyyətli yanaşır.

Son xəbərlər
Bütün xəbərlər »