Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üstünə qaynar qəhvə tökən pilot məcburi eniş edib

Almaniyanın “Condor” aviaşirkətinə məxsus “A330” sərnişin təyyarəsi Frankufrtdan Kankuna uçuş zamanı İrlandiyada məcburi eniş edib. Buna səbəb isə pilotun qaynar qəhvəni üstünə və cihaz panelinə tökməsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralda baş versə də, insidentin səbəbi xüsusi komissiyanın araşdırmalarından sonra bu yaxınlarda aydın olub.

Belə ki, pilot qəhvə içmək istəyərkən müvazinətini itirib və onu dizlərinə, cihaz panelinə töküb. Nəticədə avadanlıq tüstülənməyə, düymələr əriməyə başlayıb. Kabinetdə çaxnaşma başlayıb. Paneldə bir sıra funksiyalar sıradan çıxıb, yerlə əlaqədə problem yaranıb. Bu səbəbdən göyərtəsində 326 sərnişin olan layner yaxınlıqdakı Şennon hava limanına enib. İnsident zamanı xəsarət alanlar olmayıb. Pilotun dizindəki yanıqlar isə həyati əhəmiyyət daşımayıb.

Ancaq məcburi eniş aviaşirkətə on minlərlə dollara başa gəlib.

Son xəbərlər
Bütün xəbərlər »