Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızı ilə oynayarkən başını dirəyə vuran ata iflic keçirdi

Cənubi Uelsdə 5 yaşındakı qızı ilə parkda oyun oynayan ata başını dirəyə vurduqdan sonra iflic keçirib.

Moderator.az xəbər verir ki, Cənubi Uelsin Bridgend şəhərində yaşayan 31 yaşlı ata qızı ilə oyun parkına gedib. Oyun zamanı parkdakı dirəklərdən birinə sərt şəkildə başını vuran atanın onurğası zədələnib və ağrı içində qıvrılan adam iflic keçirib.

Zədəli onurğa beyni üzərində çalışan həkimlər bir müddət sonra xəstənin boyun sümüklərini çıxaracaqlarını və yerinə metal bir çubuq əlavə edəcəklərini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »