Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Atam Asiyada fındıq bağında, döşəməsi olmayan yerdə böyüyüb, indi isə onun oğlu prezidentliyə namizəddir!"
106127350-1568335509504gettyimages-1167635057

Amerika prezidentliyinə (2020) namizədliyini irəli sürən iki uşaq atası Endryu Yanq, öz çıxışı ilə hərkəsin rəğbətini qazanıb.

"Bizimyol.info"nun məlumatına görə, 44 yaşlı siyasətçi çıxışında atasının fındıq bağında böyüdüyünü qeyd edib: "Mənim atam Asiyada, fındıq bağında böyüyüb. İndi isə onun oğlu Amerika prezidentliyinə namizəddir. Bəli, bu bir immiqrantın hekayəsidir. Biz bunu ölkədəki insanlara çatdırmalıyıq".

Daha sonra Yanq bir qədər Tramp haqda danışaraq, ölkədə nələri dəyişmək istədiyini açıqlayıb: "Donald Tramp Amerikanı Meksikadan ayıran divar tikdi. Mən isə insanları Amerikaya dəvət edəcəyəm. Mən onlara "Amerikaya gəlin, Amerikaya gəlsəniz, gələcəkdə sizin də övladlarınız prezidentliyə namizəd ola bilər" deyəcəyəm".

Sonda Yanq, insanlara "siyasətə yox, özümüzə güvənməyin vaxtı gəlib çatdı" deyərək, şəxsi şirkətinin 10 ailəyə hər ay 1.000 dollar verəcəyini bildirib: "Əyər siz bu məbləğin sizin işlərinizi yola qoya biləcəyini düşünürsünüzdə, elə indi "yang2020.com" saytına daxil olub, bu pulun sizə necə kömək edəcəyini bizlərə yazın".

Adelya

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
››› Arxasında minlərlə cəsəd buraxan pərdə arxasındakı qatil...
Son xəbərlər
Bütün xəbərlər »