Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi olacaq
Ukrayna -Rusiya

"Ukrayna Rusiyada saxlanılan vətəndaşlarının dəyişdirilməsinin yeni mərhələsi üçün siyahı hazırlayır".

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Valdimir Zelenski Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” (YES) adlı forumda çıxış edərkən deyib.

"İndi biz digər siyahıları hazırlayırıq və dəyişdirilmənin yeni mərhələsini gözləyirik. Həm Minskdə, həm də Normand prosesində bu barədə razılığa gələcəyik" -, Ukrayna Prezidenti bildirib.

Onun sözlərinə görə, Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Normand formatında görüşü gözlənilir.

"Görüşün sentyabrın sonunda baş tutacağına ümid edirik və Qərbdəki tərəfdaşlarımıza müraciət edirik. İnanıram ki, görüş mütləq baş tutacaq. Uzatmağın heç bir yeri yoxdur".

Qeyd edək ki, sentyabrın 7-də Ukrayna ilə Rusiya arasında “35-in 35-ə” formatı üzrə əsir mübadiləsi aparılıb.

Paylaş »
››› Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - Açıqlama
››› Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı
››› "Kamaz" yolun kənarında dayanmış "Mercedes"i əzib keçdi - Video
››› “Azərenerji” rəhbəri Baba Rzayevin kabinetinə cadu edildi - Video
››› Masallıda qəribə toy – Bəylə dalaşan gəlin öz toyuna gəlmədi
Son xəbərlər
Bütün xəbərlər »