Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vergilər naziri auditorlara və mühasiblərə müraciət etdi

“Böyük şirkətlərin bir çoxu auditorlarla və mühasibatlıq xidmətləri göstərən şəxslərlə işləməyə üstünlük verirlər.

Şirkətlərin vergidən yayınmasına yol verən hər hansı mexanizmlər tətbiq etməkdən çəkindirmə prosesində sizin böyük rolunuz vardır”.

Bizimyol.info xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” Beynəlxalq elmi-praktiki konfransda bildirib.

Nazir auditorlara və mühasibatlıq xidmətləri göstərən şəxslərə xitab edərək vurğulayıb ki, onlar sahibkarlara vergilərin qanunauyğun ödənilməsini müzakirə etsin: “Sahibkara düzgün yolu göstərin, çünki onlar sizə inanırlar”.

Nazir vergi yoxlamlarının sayının əhəmiyyətli şəkildə azaldığını deyib: “Bu azalma məhz o sektorlarda baş verib ki, harda ki sahibkarlar peşəkar xidmətlər göstərən auditorlara və mühasiblərlə işləyiblər”.

Ramid İbrahimov

Bizimyol.info

vergilər nazirliyində tədbir (2)

Son xəbərlər
Bütün xəbərlər »