Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 yaşlı uşaq anasını öldürdü - Foto
Belarusun Brets şəhərində dəhşətli faciə yaşanıb.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə 2 həftə öncə Staroe Selo kəndində qeydə alınıb. 2 yaşlı uşaq bilmədən anasının boynunu qıraraq onun ölümünə səbəb olub.

21 yaşlı Yuliya Şarko avtomobilin içində qalmış 2 yaşlı qızını xilas etmək üçün başını BMW markalı avtomobilin içərisinə salıb.Bu vaxt uşaq pəncərənin avtomat bağlama düyməsini basıb. Qadının boynu pəncərədə sıxışaraq qırılıb.

Qadının səsini eşidən əri Artur Şarko köməyə gəlib avtomobilin şüşəsini qırıb. Lakin təcili yardım həkimləri onun boynunun qırıldığını və boğularaq öldüyünü bildiriblər. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »