Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
SOS və ya MAYDAY necə yarandı?
sos i

Yəqin ki, SOS siqnalının fəlakət çağırışı olması barədə bilməyən yoxdur. Hərçənd indiki gənclik SOS siqanlını dostlar arasında “çətinliyim var, məni vəziyətdən çıxar” kimi anlamlarda da işlədirlər. Yəni bu söz artıq məişətimizə də daxil olub.

Bizimyol.info beynəlxalq aləmdə fəlakət siqnalı kimi qəbul edilmiş SOS və MAYDAY siqnallarının yaranma tarixçəsi barədə qısa məlumatı təqdim edir.

SOS radioteleqraf əlaqəsində beynəlxalq fəlakət siqnalı kimi qəbul edilib. ( Morze əlifbasını istifadə etməklə) Siqnal Morze əlifbası ilə verildikdə 3 nöqtə, 3 tire və 3 nöqtə işarələrindən ibarətdir(…---…)

Bir çoxları SOS sözünün abbreviaturasını Save Our Souls/Save Our Spirits (bizim ruhumuzu xilas edin) kimi açıqlayır. Bu sözü Save Our Ship (Gəmimizi xilas edin), Swim Or Sink ( üzmək və ya boğulmaq) kimi açıqlayanlar da var. Səsli əlaqədə SOS fəlakət siqanlı kimi istifadə edilmir, onun yerinə MAYDAY kəlməsindən istifadə olunur.

Belə yalnış fikir yayılıb ki, SOS siqnalı ilk dəfə “Titanik” gəmisindən verilib. (1912-ci il aprelin5-də). Əslində isə “Titanik” bu siqnalı vermiş səkkizinci gəmi idi. İlk dəfə bu siqnalı 1909-cu ildə Amerikaya məxsus “Arapaoe” adlı gəmi Nyu-Yorkdan Ceksonvillə gedərkən göndərib.

Bəs MAYDAY sözü nə deməkdir? Bu söz öz kökünü fransız dilindən götürüb. London Hava Limanında salışan rabitəçi Frederik Stenli 1923-cü ildə SOS siqnalının radiodalğalarda effektiv olmadığnı əsas gətirərək hava hərəkatı qüvvələri üçün yeni fəlakət siqnalının yaradılmasının vacibliyini vurğulayıb.

“Elə bir söz tapmalıyıq ki, bu bütün dillərdə asan anlaşılsın. Fransızların”Venezmaidez” ifadəsi (Gəl mənə kömək et) bir balaca dəyişdirilib, venez kəlməsi atılıb , maidez isə assimlyasiyaya uğrayaraq MAYDAY şəklində qalıb. Və artıq bir əsrdir ki, dünyada istər havada, istəq quruda, istərsə də dənizdə köməyə yardımı olanlar MAYDAY deyə səslənirlər.

Bizimyol.info

Paylaş »
››› Masallıda qəribə toy – Bəylə dalaşan gəlin öz toyuna gəlmədi
››› Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı
››› Sərnişinin Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Dünyanı sarsıdan partlayışla bağlı ilk açıqlama
Son xəbərlər
Bütün xəbərlər »