Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir kölgə iqtisadiyyatından danışdı

Biznesin leqallaşma prosesi daha çox ticarət, ictimai iaşə və xidmət sektorumda müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” Beynəlxalq elmi-praktiki konfransda bildirib.

O, qeyd edib ki, ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğunu bildirib.

Vergilər naziri Mikayıl Cabbarov konfransda “Vergi islahatlarının kölgə iqtisadiyyatına təsirləri” mövzusunda məruzə ilə çıxış edib. O, vurğulayıb ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəiflənməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır.

Vergi yükünün və kölgə iqtisadiyyatının miqyasının azaldılmasına, şəffaflığın yüksədilməsinə və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edən vergi islahatları barədə danışan nazir bu islahatların müsbət nəticələri barədə məlumat verərək, cari ilin ötən dövrü ərzində əvcəlki illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb.

Nazir bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermış “ağarma indikatorları”nın rolu burada həlledici olub.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »