Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balakəndə it azyaşlının dodağını dişləyib

Dünən axşam saatlarında Balakən rayonunda azyaşlını it dişləyib.

Hadisə rayonun Talalar kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Onur Abdullayevi yaşadığı evin həyətində it dişləyib. Dörd yaşlı uşaq dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O.Abdullayevə üst dodağın it dişləməsi diaqnozu qoyulub, lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »