Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkil Firudin Ələkbərlini güllələyiblər - Foto

Tovuz rayonunda tanımış vəkil güllələnib.

Rayonun mərkəzində hüquqşünas Firudin Ələkbərliyə odlu silahla atəş açılıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Tovuzda güllələnən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb.

Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu saxlanılıb.

F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »