Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Almanların telefon xəstəliyi: “Smartfonlar romantikanı məhv edir”
2018-10-25_144734

“Almanlar asudə vaxtdan zövq almağı unudublar. Əsas səbəb isə smartfonlardır”, - “Die Welt” qəzetindəki materialda belə yazılıb.

Bizimyol.info xəbər verir ki, nəşrin yazısında almanların mobil telefon xəstəliyinə tutulmasından bəhs olunur. Bunu faciə adlandırırlar.

Elmi tədqiqatın rəhbəri Ulrix Raynxardtın fikrincə, almanlar telefondan çox asılı qalıb. Onlar həmişə nəyisə buraxacaqlarını düşünürlər. Bu da stressə gətirib çıxarır.

“Die Welt” yazır: “İnsanlar narahatdır ki, digərləri daha çox əylənir. Sosial şəbəkələr həyatımızı idarə edir. Fikri soruşulanların 58 faizi etiraf edir ki, asudə vaxtını çox aktiv keçirməyə çalışır. Bir işi qoyub o birisinə keçirlər. Nəticədə hər şey yarımçıq qalır”.

Telefonun yaratdığı stress insanların intim həyatına da təsirsiz ötüşmür. Almanların 52 faizi uzağı ayda bir dəfə sekslə məşğul olur. Raynxardt deyir ki, beş il əvvəl göstərici 56 faiz idi.

Araşdırmaya görə, smartfonlar romantikanı da məhv edir. Duyğusal atmosferə ehtiyac azalıb, telefonda hər şey var.

Araşdırma göstərir ki, təqaüdçülər asudə vaxtını daha səmərəli keçirə bilir. Çünki telefona daha az yaxın dururlar.

Paylaş »
››› Bakıda aksiya: Etirazçıları Kürdəmirə, Yevlaxa apardılar - Video
››› İlham Əliyevin Paşinyanı çətin duruma saldığı an - Video
››› DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya
››› Fevralda hansı bürclərin çox pul qazanmaq şansı var...
››› Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi
Son xəbərlər
Bütün xəbərlər »