Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahimoviçin saç düzümünə görə məktəbdən qovulan şagird ondan kömək istədi

Rusiyada dördüncü sinif şagirdini məşhur futbolçu Zlatan İbrahimoviçə görə məktəbdən qovublar. Futbolçunun saç düzümünü seçən məktəblini sentyabrın 9-dan dərslərə buraxmırlar.

Bizimyol.info xəbər verir ki, Proxor adlı şagird kömək üçün birbaşa İbrahimoviçə müraciət edib. Ona sosial şəbəkələrdə başqa rus məktəblilər də yardım edir. Bunun üçün #ProkhorNeedYourHelp heşteqi də yaradıblar. Məktəblilər böyüklərə fikir verməməyi, özünü rahat ifadə etməyi məsləhət görürlər. Yazanların arasında hətta 74 yaşlı qadın da var: “Sənə necə xoşdursa, elə də görün”.

Proxorun valideynləri uşağın saç düzümünün əleyhinə deyillər. Amma məktəb rəhbərliyi, müəllimlər bunu çox pis qarşılayıb.

İbrahimoviç müraciətə hələ cavab verməyib.

Son xəbərlər
Bütün xəbərlər »