Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmamoğlunun stulu qırıldı - Video

Ankaranın Sarayında 30 bələdiyyə sədrinin iştirakı ilə keçirilən görüşdə marağlı hadisə qeydə alınıb.

"Bizimyol.info"nun məlumatına görə, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun stulu qırılıb.

Belə ki, Türkiyə Prezidenti Ərdoğan salona daxil olanda bütün bələdiyyə sədrləri üzərində adları qeyd olunan stullardan ayağa qalxıb. Daha sonra, hərkəs əyləşib, İmamoğlu isə stulu sınıq olduğundan yerə yıxılıb.

Baş verən hadisə hərkəsin gülüşünə səbəb olub. Əkrəm İmamoğlu ilə Ərdoğanın arasında keçən dialoq isə diqqətləri öz üzərinə çəkib. Prezident İmamoğluya "Biz heçnə etməmişik. Stulu sən sındırmısan. Pulunu da sən verəcəksən" deyib. Gətirilən yeni stula əyləşən İmamoğlu isə buna "Bu dəfə daha sağlam otururam" deyərək cavab verib.

Son xəbərlər
Bütün xəbərlər »