Araşdırmaçi jurnalist Cavanşir Həsənli özünün feyzbuk səhifəsində deputat Əsabil Qasımova aid maraq doğuran faktlar açıqlayıb.
Onun sözlərinə görə, Milli Məclisin deputatı Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı "İstoçnik" sanatoriyalarının ardınca Rusiyada daha bir sanatoriya alıb.
Bizimyol.info jurnalistin fikirlərini olduğu kimi dərc edir:
“Oliqarx deputat bu dəfə Kislovodskdakı köhnə "Voronej" sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib.Müştəri qismində Əsabil Qasımovaun Stavropoldakı EKSPO MMC (ООО “Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.

Təsisçiləri Əsabil Qasımovun "Karmen" Məhdud Məsuluyyətli Cəmiyyəti (8 000 rubl və ya 80%) və deputatın digər şirkəti Aqros MMC-dir (ООО “АГРОС”, 2 000 rubl və ya 20%)."Voronej" sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb.
100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər”,- deyə journalist bildirib.
Qeyd edək ki, bu deputat Əbabil Qasımov haqqında səsləndirilən ilk belə fikir deyil.

Qeyd edək ki, Azərbaycana taxıl idxalı ilə məşğul olan əsas şirkətlər (Karat Holding MMC, Gəncə Dəyirman MMC, Karmen MMC, Aveta MMC və Fatoğlu MMC) bir adamın əlindədir. Məhz buna görə, İmişlinin deputatı Əsabil Qasımovu mətbuat “un kralı” adlandırır. Ölkədə taxılın və unun qiymətini bir adam müəyyənləşdirir, bir adam qaldırır.
“Amma bu şəbəkə düşündüyünüz kimi bu şirkətlərdən ibarət deyil. Nə də Əsabil Qasımov gömrük qapısının ağzını kəsdirib “dəli domrulluq” eləmir. Adamın əli Azərbaycana əsas taxıl ixracatçıları olan Rusiyanın, Qazaxıstanın, Ukraynanın taxıl zəmilərinə qədər uzanır.
Həm də bu ölkələrdəki şəbəkələşmiş şirkətlər vasitəsilə…
Deputatın Azərbaycandakı şirkətləri haqqında geniş yazmağa lüzum görmürəm. Bu barədə artıq bilənlər bilir, bilməyənləri üzün xatırladıram ki, təkcə Karat Holdinqin tərkibinə adları bəlli olan 15 şirkət daxildir.
1. Karat MTK (tikinti şirkəti)
2. İdeal MMC (tikinti şirkəti)
3. Azİnvest (tikinti şirkəti)
4. Everest-M (tikinti materialları biznesi)
5. Şin Servis (armatur biznesi)
6. Aveta MMC (un istehsalı)
7. Karmen MMC dəyirmanı
8. Hökməli Makaron Fabriki
9. Hökməli Kisə Fabriki
10. ASTEL MMC Quşçuluq Fabrikləri (Şamaxıda, Abşeronun Məhəmmədi və Mehdabad qəsəbələrində)
11. Gəncə Fatoğlu un dəyirmanı
12. Marina Plaza oteli
13. Premium market
14. İzmir MMC (tikinti şirkəti)
15. Seymur MMC (Dəllər Un dəyirmanı)

Bundan əlavə deputatın Rusiya ərazisində fəaliyyətdə olan 14 dənə fabriki var.
Dünən isə Əsabil Qasımov Nəsimi rayonu Mikayıl Rəfili küçəsi 17 ünvanda yerləşən binanın sakinlərinin evini sökdürməsi iddiaları ilə gündəmə gəldi. Həmin ünvanda yaşayan sakinlər bildirir ki, evdə olmadıqları vaxtda deputata aid olan "Karat” MTK şirkətinin işçiləri onların mülkünü dağıdırlar. 60 yaşlı Quliyev Aydın İmran oğlu evdən çıxan kimi, evinin söküldüyünü görüb. Məsələ ilə bağlı oliqarx deputatımızın fikrini öyrənməyə çalışsaq da istəyimizə nail olmadıq.Ümid edirik millətimizin vəkili deyib seçdiyimiz bu insan əvvəl –axır mediaya açıqlama verər.






