Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məsciddə pul tapan müəllim təfərrüatı öyrəndikdə duyğulandı - Video

Türkiyənin adı açıqlanmayan bir bölgəsində baş verən hadisə eşidənləri duyğulandırıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, din mədəniyyəti və əxlaq dərsləri müəllimi olan Metin Yıldırım işlədiyi məscidin qapısında 30 manat dəyərində pul tapıb. Sahibini tapmaq üçün təhlükəsizlik kamerasını izləyən Yıldırım gördüyü mənzərədən çox təsirlənib.

O, görüntülərdə yolda tapdıqları pulu məscidin girişinə buraxan uşaqları gördükdə həm təəccüblənib, həm də buna sevinib.

Yıldırım onu duyğulandıran həmin anları "Sizi böyüdən ana, ataya və müəllimə halal olsun. Pulu küçədə tapmalarına baxmayaraq haram pulu xərcləmək yerinə ən doğru yerə qoyublar. Uşaqlar bizim ümidimizdir" sözləri sosial media hesabında paylaşıb.

Onun bu paylaşımı böyük marağa səbəb olub.

Son xəbərlər
Bütün xəbərlər »