Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanı piyada gəzməyə hazırlaşan azərbaycanlı: "İtim həm yol yoldaşım, həm mühafizəçim olacaq"

Aga Mehdi jurnalistika üzrə təhsil alıb. 2018-ci ildə Bremen Universitetində “Sosial Media və Marketinq Strategiyaları” üzrə 1 aylıq program, bu il isə Helsinki Unversitetində “Digitalstorytelling: Media və yeni Texnologiyalar” 3 həftəlik program bitirib. Ekologiyanıln qorunması üzrə müxtəlif tədbirlərdə aktiv iştirak edib. Hazırda 130 yaşlı bir alman şirkətində media marketinq sahəsi üzrə mütəxəssisdir.

İşi ilə bağlı dünyanı gəzir. Deyir ki, insan quru sözlərlə deyil, əməllə yaşamalıdır. Əslində onun maraq dairəsini cəlb edən işlərin bir biri ilə əlaqəsi həm var, həm də yoxdur. Jurnalistika, marketinq və ekologiya. O öz gənc ömrünə bunların hamısını sığırmağı bacarıb. Öz təbiri ilə desək işi çoxlu düşünmək və sənədli filmləri izləməklə yeni biliklərə sahib olmaqdadır. Bizimyol.info bu maraqlı insanla müsahibəni təqdim edir:

-Ağa, bir neçə gün öncə gündəmə Avropa ölkələrini piyada gəzəcək gənc kimi düşdünüz. İstəyirəm sizin səyahət planınız barədə danışaq.

-Səyahətim noyabr ayında başlayacaq. 11 ölkəni piyada gəzəcəm. Səyahət müddəti təxminən 7 ay davam edəcək. Estoniyanın paytaxtı Tallindən yola düşərək Latviya, Litva, Rusiya, (Kalininqrad) Polşa, Almaniya, Hollandiya, Belçika, Fransa və İspaniyanı piyada keçmək niyyətindəyəm.

Hədəfim Estoniyanın paytaxtı Tallində başlayıb Lissabonda, Portuqaliyada yekunlaşdırmaqdır. Təxminən 4000 km məsafədir ki, ancaq piyada getməyi düşünürəm.

Məqsədim dünyada baş verən ekoloji problemlərə diqqəti çəkməkdir. Layihənin devizi İmam Hüseynin “Mənim yeganə istəyim müsbət dəyərləri yaymaq, mənfilərin qarşısını almaqdır" sözləridir.Dünya ekoloji çirklənmənin əsirinə çevrilib.

Mən düşünürəm ki biz bir çox texnoloji nailiyətlər əldə edib çoxlu pullar qazana, savadlı ola bilərik. Lakin hər şeyə nail olduqdan sonra sağlam yaşamağımız üçün təmiz, keyfiyyətli bir dünya olmadıqdan sonra bunlar nəyə lazımdır?! Bu səfərimi sırf ekologiyaya yönləndirəcəyəm. Burda hansısa bir milliyətçilik ideyası yoxdur. Lakin heç sözsüki bu dünya mediasının diqqətini çəkərsə mən bir azərbaycanlı kimi ölkəmi təmsil etmiş olacam, ölkəmin adı çəkiləcək. Bilirsinizmi, 31 ölkə 50 dən çox şəhərdə olmuşam.

Təəssüflər olsun ki, Azərbaycan deyəndə sadə xalq arasında bizi tanıyanlar çox azdır. Bu layihə zaman Azərbaycanı tanıtmaq istiqamətində bacardığımı edəcəyəm, bunu etmək borcumdur.

-Dediniz ki alman şirkətində çalışırsınız. Alman dəqiqliyi məlum məsələdir ,dünya səs salıb.7 ay ərzində işdən kənarda qalmaq işlə bağlı hansısa problemlər yaratmayacaq?

-Əslində məndən bu barədə çox incə bir şəkildə soruşublar şirkətdə. Gələcəkdə nələr olacağını bilmirəm. Özümə mənim işlərimi yerinə yetirə biləcək yeni bir dizüstü kömpüter alacam və olduğum yerlərdə internet olacaqsa mən işimi görə bilərəm, yalnız bir sıra səfərlərim təxirə düşəcək bir müddətlik, həm də bizim sistemli işimiz və bir-birinə kömək edən gözəl kollektivimiz var.

Əgər birdən işimlə bağlı problem olarsa buna görə də narahat deyiləm, mənim üçün nəticədən çox proses və üzərimə düşənləri etməkdir, qalan hər şey öz yerini tapacaq.

- Dünyada ekoloji problemlərə diqqət çəkən çoxlu sayda şirkətlər var və böyük işlər də görülür. Siz keçirəcəyiniz bu aksiya ilə işinizi itirə bilərsiniz, bəlkə də təhülkəli bir yolçuluq olacaq. Düşündünüzmü ki, siz olmasanız da olar, getməyim?

Aga Mehdi seyyah

- Yox. Mən düşünürüəm ki, yer üzündə var olan bütün insanlar və hadisələr hamsısı zənzirvari surətdə bir-biri ilə əlaqəlidir. Biz hamımız ümumi bir divarın kərpicləri kimiyik. Üst-üstə gəlməsə, qoyulmasa bir bütün olmaz.

Bir maraqlı yanaşmanı sizinlə bölüşüm “Nəmrud İbrahim peyğəmbəri atəşlər içinə atıb yandıranda qaranquş dimdiyində bir damla su gətirib odun üstünə atr. Ona deyirlər ki, bu bir damla su bu atəşə nə edəcək. Qaranquş deyir mən tutuduğm tərəfi bəyan etdim, bacardığımı etdim.

Yəni hər kəs bacardığını etsə bu dünya daha gözəl olar. Baxmayaraq ki onun gördüyü iş dəryada bir damla kimi görünsə də mütləq şəkildə bir təsiri olacaq. Bir zamanlar Məmmədəmin Rəsulzadə, Əli bəy Hüseynzadə və tərəfdaşları müstəqil Azərbaycan naminə müsbət addımları atmasaydılar bu gün Azərbaycan bu şəkildə olmayacaqdı bəlkədə, yəni hər faydalı iş digər mərhələlər üçün pilləkan funksiyasını daşıyır ən azı.

- Səfər edəcəyiniz ölkələrdə harda qalacaqsınız? Bu səyahət yəqin ki eyni zamanda böyük maddi xərclər də tələb edir.

- Bəli elədir. Bir miqdar pulum var, ən əsas qənaət və Allahın köməyi ilə işlərin yaxşı olacağına əminəm.

Səfərim bildiyiniz kimi qış aylarına düşəcək isti geyimlər almalıyam, və yaxşı qidalanmalıyam ki, xəstələnməyim, yerimək üçün gücüm qalsın və əlbəttə bunların hamısı Avropada böyük xərclər tələb edir. Hostellərdə qalmağı planlayıram. Hərəkət planım havaların necə keçməsindən də asılı olacaq.

Mənim səyahətə çıxacağım barədə xəbərlər yayılanda sosial şəbəkərərdə xaricdə yaşayan tanımadığim insanlar mənə təkliflər göndərdilər ki, onlarda qonaq qalım, onların arasında çox az sayda olsa da azərbayanlılar da var idi. Hətta Estoniyadan bir xanım mənə yazmışdı ki, gəlin bizdə qonaq olun, biz sizi “Azərçay”a qonaq edib sonra yola salarıq. Bütün bunlar mənə güc və stimul verir. Diqqət edən hər kəsə minnətdaram.

- Bəs səfər proqramınızı açıqladıqdan sonra həmin ölkələrdəki səfirliklərimizdən hansısa dəstək barədə məlumat almısız?

- Yox. Mən səyahət edəkən Azərbaycan bayrağı ilə gedəcəm. Yenə deyirəm heç kimdən bir şey gözləmirəm. Demirəm ki, kimsə mənə bunu etsin etməlidir. Məhz diqqət ayırmaq istəyən, dəyər verən özü məni tapacaq.

- Bu səfərin yəqin təhülkələri də yox deyil?

- Mən təhülkəsizliyimi təmin etmək üçün bir haski iti almağı da düşünürəm. Həm yolda mənə yoldaşlıq etsin, məni qorusun, həmdə kirşəyə qoşum, bir miqdar yükümü də o daşısın. Lakin hələ düşünürəm. Çünki qalacağım hostellərdə alacağım köpəyin qalmasına icazə veriləcəkmi, onu yedirməyin özü mənə hansı çətinliklər yaradacağını araşdırmaqdayam bunları. Üstəlik haski itləri çox bahalıdırlar. Onun mənə alışması da zaman məsləsidir.

- Ağa, bəs ailniz nə deyir bu səyahətə? Demirlərmi səyahətə xərclədiyin pullarınla ev-eşik qur.

- Mənim ən böyük dəstəyim ailəmdir. Mən varlı bir ailədə böyüməmişəm. Anam bizi qoğal bişirib sataraq böyüdüb, atam sürücü olub. O hər səhər gecə dörddə durub qoğal bişirir. Bununla belə onlar heç zaman təhsil, öyrənək naminə məndən bir şey əsirgəməyiblər.

Səyahətə çıxacam deyəndə də “Allah ilə ol” dedi anam. Atam da “diqqətli ol” deyir.Mən dünyanın yaxşı və çətin tərəflərini görmüşəm. İşimlə bağlı ən lüks otellərdə də qalmışam, uşaqlıqda böyüyərkən çətinliklərlə də üzləşmişəm, əsgəri xidmət də məni düşünürəm ki, yetəri qədər möhkəmləndirib. Bu səyahəti qaldıracaq gücü özümdə hiss edirəm.

- Bəs səyahətinizlə bağlı hər hansı bir proqram və ya çəkilişlər olacaqmı? Çox yaxşı bir səyahət verilişinin yaradıcısı da ola bilərsiniz.

- Ola blsin ki olacaq. Yol boyu alman dilini öyrənməyi məqsəd qoymuşam. Təkmilləşdirəcəm. İmkan düşdükcə videogörüntülər və şəkillər də çəkəcəm. Ola bilsin ki gələcəkdə bu barədə kitab yazam. Hər şey yolçuluqda asılı olacaq.

- Dünyanı gəzmisiniz. Xarici ölkələrdə ən çox nəyi bəyənmisiniz?

-Məni Finladiyanın yaşam tərzi və təhsili çox heyrətləndirib. Finlandiyada sanki sərhəd yoxdur insanlar çox şəffafıdrlar. Evlərinin damı , ətrafı da şüşədəndir. Düzdür bu az günəşli olan bir ölkədə evlərin bol günəş alması üçün edilib. Lakin ümumilikdə insanlar çox sərbəst, rahatdırlar. Təhsil sistemləri də elədir. Tələbəyə, şagirdə yönəlmiş təhsil sistemləri var. Müəllimin əsas vəzifsi tələbəni düşündürməkdən ibarətdir.Hər kəs araşdırır, fikir yürüdür və ən əsası da təbiətlə harmoniyada yaşayırlar.

Söhbətləşdi: İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »