Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Melaniya Trampın plaşındakı bir detal qalmaqala səbəb oldu - Foto

Dünən ABŞ-da hər kəs 9/11 hücumlarının faciəsini anarkən birinci xanım “Twitter”dəki paylaşımı ilə özünü gözləmədiyi qalmaqalın içində tapıb.

Qalmaqalın səbəbi Trampın mübahisəli prezidentliyi yox, Melaniyanın plaşındakı uğursuz detal olub.

Birinci xanım çərşənbə axşamı dağıdıcı terror hücumlarının xatirəsini anmaq üçün özünün və prezident həyat yoldaşının şəklini paylaşıb.

O cütlüyün üzünün görünmədiyi şəklin üzərinə “Biz heç vaxt unutmayacağıq” başlığını yazıb. Şəkildə birinci xanımın plaşında kiçik bir detal insanların qəzəbinə səbəb olub.

Belə ki, onlar bu detalı Dünya Ticarət Mərkəzinin binasına bənzədiblər. Bu fikir sosial şəbəkədə çaxnaşma yaradıb. Bəziləri detala görə xanımın ünvanına xoşagəlməz sözlər desələr də, bir qrup insan Tramp ailəsini sevməsələr də, məsələnin şişirdildiyini düşündüklərini vurğulayıblar.

Qeyd edək ki, bu Melaniya Trampın yeni görünüşü deyil, o, 2018-ci ildə də belə geyinib.

Melaniya Trampın plash

Son xəbərlər
Bütün xəbərlər »