Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: "Ermənilər Azərbaycanın “qara qızılına” sarı qızılla cavab vermək istəyirlər"

Ermənistanda “Amuslar” qızıl yatağının istismarına qarşı etiraz aksiyaları davam edir. Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər Ermənistan hökuməti ilə xalq arasında fikir ayrılığına səbəb olub.

Paşinyan “Amuslar” qızıl yatağı məsələsi ilə bağlı Cermuk icmasının rəhbərliyi, Ağsaqqallar Şurasının üzvləri, müəllimlər və məktəb direktorları, sağlamlıq mərkəzləri və otellərin sahibləri ilə müzakirələr aparsa da hələ ki bir nəticə əldə olunmayıb.

Bizimyol.info Ermənistanda baş verən hadisələrlə bağlı politoloq rəyini öyrənib. Politoloq Nəzakət Məmmədova baş verənləri Ermənistanın qiymətli resurslardan xaricdən dəstək almaq, öz siyasi mövqelərini möhkəmləndirmək üçün istifadə etməyə çalışması kimi dəyərləndrib.

Nəzakət Məmmədova

“Amulsar qızıl mədəni Ermənistan siyasi elitasının əlində müəyyən xarici güc dairələrini ələ almaq üçün vasitədən başqa bir şey deyil. Ermənistan konyakı kimi o da sadəcə bir alətdir. Azərbaycanın regionun lider dövləti rolunda irəliləmək şansının yüksək olduğunu düşünən ermənilər çoxdan bizə ayaq uydurmağa çalışırlar. Azərbaycanın Britaniya ilə "Əsrin müqaviləsi" çərçivəsində enerji əməkdaşlığından irəli gələn ölkəmizə siyasi dəstəyinin artdığını, İngiltərədə dövlət içində dövlət olan BP-nin siyasi məsələlərdə də Azərbaycanın lobbiçiliyini yürütdüyünü görərək ermənilər “Amulsar” qızıl mədənlərində Britaniya kral ailəsinə də pay ayırmağa tələsdilər. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarındakı "qara qızıl"a “Amulsar”dakı sarı qızılla cavab verməyə çalışırlar.

2013-cü il mayın 28-də şahzadə Çarlz Armen Sarkisyanın dəvətilə Yerevana gəlmişdi. Britaniya səfirliyi səfərin şəxsi məqsədlə olduğunu iddia etsə də, ekoloqların etiraz nümayişi və “Amulsar” qızıl mədəni yaxınlığındakı Cermuk mineral suyunun mənbəyinə zərər gələ biləcəyi çağırışı İngiltərə kral ailəsinin Ermənistandakı qızıl istismarında iştirakını təsdiq edirdi.

Halbuki şahzadə Carlzın özünün dəstəyi ilə fəaliyyət göstərən Ümumdünya vəhşi təbiət fondunun təşəbbüsü ilə Ermənistan hökuməti “Amulsar” qızıl mədəni yaxınlıgında Cermuk Milli Parkı yaratmaq layihəsini həyata keçirməyə başlamışdı. Lakin qızıl mədəninin istismarına lisenziya verilməsi bu işləri yarımçıq qoydu. Ekoloqların şahzadə Carlza etirazı da bununla bağlı idi. Görünən odur ki, Ermənistan hakimiyyəti həm Azərbaycanın işğal olunmuş torpaqlarındakı, həm də Ermənistandakı qiymətli resurslardan xaricdə dəstək almaq, öz siyasi mövqelərini möhkəmləndirmək üçün istifadə etməyə çalışırlar və “Amulsar” məsələsi də onlardan biridir”- deyə o qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »