Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda “Yaponçik” ləqəbli kriminal avtoritet tutulub
Kriminal

Bakıda “Yaponçik” adı ilə tanınan kriminal avtoritet saxlanılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Sentyabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər oğurluqda şübhəli bilinən 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlayıblar.

Onun idarə etdiyi “KİA” markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib. Bundan əlavə, saxlanılan şəxsin üstündə də narkotik aşkarlanıb. Narkotikin satış üçün nəzərdə tutulduğu bildirilir.

Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə iştirakının olub-olmadığı müəyyənləşdirilir. Qeyd edək ki, R.Həsənli özünü 2009-cu il oktyabrın 9-da sui-qəsd nəticəsində həyatını itirən Moskvadakı mütəşəkkil cinayətkar qrupun lideri, kriminal aləmin “qanuni oğrusu” Vyaçeslav İvankov (Yaponçik) əfsanəsinə bənzədir.

Əvvəldən “Yapon” olaraq tanınan cinayətkar (gözləri qıyıq olduğuna görə belə deyilib), sonradan “Yaponçik” adlandırılıb.(oxu.az)

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› Azərbaycana qar yağdı - Foto
››› Telman İsmayılov erməni əsilli Avraam Russoya ağlagəlməz miqdarda pul xərcləyib
››› Rəsmi Yerevan: indi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur
Son xəbərlər
Bütün xəbərlər »