Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Nüvə müharibəsinin başlanma riski var"
Sergey Ryabkov

“Strateji sabitlik sahəsində vəziyyət pisləşməkdə davam edir, nüvə müharibəsinin başlanma riski var”.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Ali İqtisad Məktəbində çıxışı zamanı deyib.

“Təəssüf ki, bu danılmaz faktdır. Nüvə müharibəsinin başlanma riski var, hətta tərəflərin nüvə münaqişəsinə başlamaq niyyəti olmadığı vəziyyətdə də belə bir risk mövcuddur. Qərbdə olan həmkarlarımızın fəaliyyəti vaxt ötdükcə daha aqressiv olmağa başlayır”, - deyə Rusiya XİN başçısının müavini bildirib.

O, qərbli tərəfdaşların dialoq kanallarının işini blok etdiklərini və silahlanma üzərində nəzarətin bünövrəsini silkələdiklərini vurğulayıb.

S.Ryabkov ölkəsinin nüvə sınaqlarının hərtərəfli qadağan olunması haqqında müqavilənin ətrafında yaranan vəziyyətlə bağlı narahatlığını ifadə edib: “Moskvaya məlumdur ki, Vaşinqton mümkün nüvə sınağı üçün öz poliqonlarını hazırlıq vəziyyətində saxlayır. Bizim mövqeyimiz yaxşı məlumdur. Biz strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin təmin olunması ilə bağlı tam hüquqlu danışıqların bərpa olunmasının tərəfdarıyıq və əcnəbi həmkarlarımızın ciddi, maraqlı dialoqa hazır olduğuna ümid edirik”.(apa)

Paylaş »
››› Ali təhsil almaqdan imtina edən 350 tələbə...
››› Türkiyənin məşhur aktyoru çəkiləcəyi serialın hər bölümünə görə 57 min dollar alacaq
››› Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"
››› Səudiyyənin neft sənayesini çökdürən hücum: ABŞ İranı günahlandırdı
››› İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir?
Son xəbərlər
Bütün xəbərlər »