Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ kəşfiyyatı Rusiyanın nüvə mühərrikli “Burevestnik" raketinin sirlərini açıb - Video
Burevestnik-raketi

ABŞ kəşfiyyatı Rusiyanın yeni supersilahlarından biri-nüvə mühərriki ilə təchiz edilən, qeyri-məhdud uçuş məsafəsinə malik olan qanadlı “Burevestnik” raketinin sınaqlarının uğursuz keçdiyini bildirib.

Virtualaz.org xəbər verir ki, CNBC telekanalı kəşfiyyatın həmin raketlə bağlı məruzəsinə çıxış əldə edib. Orada deyilir ki, 2017-ci ildən bəri raketin dalbadal sınaqları keçirilsə də hamısı uğursuz olub. Raketin azı beş dəfə sınaqdan keçirildiyi, onların heç birinin uğurlu olmadığı vurğulanır.

Sınaqlar 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər aparılıb. Daha bir sınaq isə 2019-cu ildə keçirilib. Bütün hallarda raket qəzaya uğrayıb.

Mənbə bildirir ki, raketin ən uzunmüddətli uçuşu cəmi 2 dəqiqə çəkib, bu müddət ərzində “Burevestnik” 35 kilometrə yaxın məsafə qət edib. Ən qısa uçuş isə cəmi 4 saniyə çəkib, raket təxminən 2 kilometr uçduqdan sonra qəzaya uğrayıb. Bütün qəzaların səbəbi ondadır ki, raketi start mühərriki ilə işə salandan sonra havada onun əsas mühərrikini-mini nüvə reaktorunu işə salmaq mümkün olmayıb.

Bununla belə ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya “Burevestnik” raketi üzərində işi sürətləndirib və bu layihəyə kifayət qədər maliyyə vəsaiti ayırır. Məqsəd uzağı 2025-ci ilə qədər raketi hazır eləmək və silahlanmaya daxil etməkdir.

Xatırladaq ki, 2019-cu il avqustun 8-də Severodvinsk şəhəri ətrafındakı poliqonda müəmalı partlayış baş verib. Həmin partlayışda iki hərbçi və “Rosatom”un beş mütəxəssisi həlak olub. Rusiya Müdafiə Nazirliyi partlayışın “maye yanacaqla işləyən raket mühərrikinin sınaqları zamanı” baş verdiyini açıqlayıb. Lakin ABŞ kəşfiyyatı partlayışın “Burevestnik” raketinin nüvə mühərrikinin sınaqları zamanı baş verdiyini bildirib.

Paylaş »
››› Novruz Məmmədova bu gün yeni vəzifə veriləcək
››› Bananda görünən qırmızı rəngli maddə qandır, yoxsa?
››› İran niyə çaxnaşır? – Poltoloq rəyi
››› Elçin Əlibəyli təkzib edib hədələdi - “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”
››› Gənc qızı öldürüb paylaşım etdi - "Bitdi: 13:47" - Foto
Son xəbərlər
Bütün xəbərlər »