Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiyada təbii fəlakət nəticəsində evlər suyun altında qalıb
sel Rusiya

Sel nəticəsində Rusiyanın Xabarovsk diyarının dörd yaşayış məntəqəsində yerləşən 220-dən çox ev suyun altında qalıb.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilərin məlumatına görə, Uzaq Şərq federal dairəsində 97 yaşayış məntəqəsi, 958 ev, 3650 həyətyanı sahə və 144 avtomobil yolu da suyun altında qalıb.

Bildirilib ki, daha ağır vəziyyət Xabarovsk diyarındadır. Belə ki, sutka ərzində 57 yaşayış məntəqəsi, 815 yaşayış evi və 1651 həyətyanı sahə, həmçinin 2 avtomobil yolu, Yəhudi muxtar vilayətində isə 40 yaşayış məntəqəsi, 143 ev və 1999 həyətyanı sahə suyun altında qalıb. Görülən işlər nəticəsində, Xabarovsk diyarında 27 həyətyanı sahə və bir avtomobil yolu, Yəhudi muxtar vilayətində 1 yaşayış məntəqəsi, 2 ev və 22 həyətyanı sahə sulardan təmizlənib.

Yeddi yaşayış məntəqəsində müvəqqəti saxlama yerlərinə 28 nəfəri uşaq olmaqla, 91 nəfər yerləşdirilib.

Amur vilayəti, Yəhudi muxtar vilayəti və Xabarovsk diyarında güclü yağışlar və sel səbəbindən fövqəladə vəziyyət elan edilib.(apa)

Paylaş »
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Dünyanın ən varlı insanları hansı bürcdəndir...
››› Dekabrın 9-na olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »