Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə silsilə partlayışlar olub, insanlar sahilyanı ərazilərə qaçıb - Video
Partlayış

Şimali Kipr Türk Respublikasının Girne şəhərindəki hərbi hissədə şiddətli partlayışlar baş verib.

Redaktor.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, silah anbarında baş verən silsilə partlayışlardan sonra güclü yanğın başlayıb. Hadisə nəticəsində ətrafa ciddi ziyan dəyib. Tələfat barədə hələlik məlumat yoxdur. Yaralıların olduğu bildirilir.

Hərbi hissədən bir neçə yüz metr məsafədə yerləşən binaların şüşələri sınıb. Yaxınlıqda yerləşən otelin müştəriləri ciddi həyəcan yaşayıb.

Onlar təhlükədən yayınmaq üçün sahilyanı ərazilərə qaçıblar. Sakinlərə məcbur qalmadıqca evlərini tərk etməmək tövsiyə olunub. Polis partlayış baş verən ərazini mühasirəyə alıb. Hadisənin səbəbləri araşdırılır.

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
››› Azərbaycana qar yağdı - Foto
Son xəbərlər
Bütün xəbərlər »