Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan başçısı başını itirib - Qızıl məsələsinə görə

“Ermənistanda “Amulsar” qızıl mədəni ilə bağlı etirazlar siyasi xaosa səbəb olub. Ekoloqlar mədənin istismara verilməsinin Ermənistanda çayları və Sevan gölünü çirkləndirməklə böyük ekoloji faciə yaşadacağı barədə həyəcan təbili çalır. “Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər Ermənistan hökuməti ilə xalq arasında fikir ayrılığına səbəb olub.

Bu layihə Ermənistanda Rusiya biznesinin sıxışdırılması və Qərb kapitalına üstünlük verilməsi ilə müşahidə olunur. “Amulsar” qızıl mədəni ilə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. “Daşnaksütun” partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Radikal “Sasna Tser “partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə, “Amulsar” layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın, onun siyasi karyerasına son qoyacağını bildirmişdi.

Lakin Paşinyan “Lydian” şirkəti ilə müqavilə bağlayaraq mədənin istismarına davam etmək niyyətindədir.

Politoloq Arzu Nağıyevin fikrinə görə, Paşinyan hazırda çıxılmaz vəziyyətdə qalıb. Belə ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldiyi gündən bu vaxta qədər “Amulsar” məsələsi gündəmdə olub. “Mitinqlər zamanı o söz vermişdi ki, həm ekoloji təhlükəsizliyə təhdidin qarşısını alacaq, həm də iqtisadi proseslərlə bağlı mühüm addımlar atacaq. Lakin qızıl yataqlarının Cermuk kurort zonasının ekologiyasını korlayacağı ilə bağlı müəyyən narazılqılar səsləndirildi. 2015-ci ildən etibarən bu yatağın işənməsinə çox böyük sərmayələr qoyulub. Ona görə, Paşinyan geri addım ata bilmir.

Söhbət 400 milyon dollar sərmayədən gedir. Həmin şirkətlər Ermənistanın iqtisadi cəhətdən anormal partnyor olduğunu səsləndirməyə başlayıblar və artıq sərmayə yatırmaq istəmirlər. Burda həmçinin Ermənistan bazarında biznesi sıxışdırılan Rusiyanın marağı da var. Mənim zənnimcə, ekoloji təşkilatların Ermənistanda mitinqlər keçirməsində birmənalı şəkildə Rusiyanın əli var, mitinqlər keçirilir, yollar bağlanılır. Paşiyan burda Rusiyanın rolunun olduğunu bildiyinə görə Qərbə yönəlir. Qərbin maraqlarını müdafiə etməyə çalışır. Bu məsələnin qabardılmasında bir çox siyasi partiyaların da rolu var. “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Qarik Sarukyan qeyd edir ki, bura qoyulan o qədər vəsaitə bir neçə zavod tikib, çoxlu sayda iş yeri yaratmaq olardı.Yəni burda siyasi oyunlar gedir və sübut olunur ki Paşinyanın hakimiyyətə gəldiksən sonra nə siyasi, nə iqtisadi, nə də hərbi doktrinası yoxdur.  Və o geriyə də çəkilə bilmir.Rusiya bununla bağlı müvafiq addımlar atıb Paşinyana öz tövsiyələrini verəcək. Lakin Paşinyan da bilir ki, tək Rusiyaya ümid olub bu məsələləri həll etmək mümkün deyil, çünki Qərb sərmayələr yatırmaqdan əl çəkəcək.

Ona görə Paşinyan siyasi addımlar atmalıdır, manevrlər etməlidir və bu da hazırda özünü mitinqçilərlə görüşmək, ekoloji təşkilatları razı salmaq şəklində göstərir”.

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil mediaya açıqlamasında, Paşinyan hökumətinin Lydian şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun, ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirmişdi. Digər tərəfdən Rusiya ilə onsuz da gərgin münasibətlərdə olan Paşinyanın Qərbin lehinə verəcəyi qərar onun ölkəsini həm siyasi, həm də iqtisadi xaosa sürükləyəcək. Bir sözlə Ermənistanın başçısı başını itirib, ölkədə qızıl “ lixoradka”sı yeni böhranın başlanğıcını qoyub.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »