Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tramp Boltonu niyə işdən çıxarıb?
Tramp

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İran mövzusunda fikir ayrılığına görə postundan məhrum olub.

Bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

KİV-in xəbərinə əsasən, ABŞ prezidenti Donald Tramp Tehrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasını təklif edib. Amma Bolton bunun əleyhinə olub. Maliyyə naziri Stiven Mnuçin də Trampı dəstəkləyib.

Nəşr xatırladır ki, ABŞ-da BMT Baş Assambleyası çərçivəsində Trampın iranlı həmkarı Ruhani ilə sentyabr ayında baş tutacaq Nyu-York görüşünə hazırlıq gedir.

Qeyd edək ki, Bolton sentyabrın 10-da işdən çıxarılıb. O, 2018-ci ilin aprel ayından ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tuturdu. (Oxu.az)

Paylaş »
››› Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - Video
››› Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
››› Siyasi qalmaqal: Trampın Ərdoğana yazdığı təhqiramiz mətnli məktub hiddətə səbəb oldu - Video
››› Rəsmi Moskva Trampın Ərdoğana yazdığı və tualetə atılan məktubu barədə danışır
››› Azərbaycanda şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir
Son xəbərlər
Bütün xəbərlər »