Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir azərbaycanlı Almaniyada özünə qəsd etdi: Ölkəyə qayıtmamaq üçün özünü yandırdı

Almaniyaya mühacirət edən azərbaycanlılar bir-birinin ardınca intihara cəhd göstərir. Bu dəfə Hermeskayl şəhərində həmvətənimiz özünə qəsd edib.

Bizimyol.info xəbər verir ki, Emin adlı azərbaycanlı ölkəyə qayıtmamaq üçün özünü yandırıb. Onun Sumqayıt şəhərində doğulduğu, 34 yaşı olduğu bildirilir. Altı aydan çoxdur Hermeskayl şəhərindəki qaçqın düşərgəsində yaşayırmış.

“Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin verdiyi məlumata görə, Emin Azərbaycana qayıtmaq haqqında xəbərdarlıq məktubu alandan sonra bu fikrə düşüb. Sosial idarəyə gedib, böyük mübahisə yaranıb. Həmvətənimiz oradaca üzərinə benzin tökərək özünü yandırıb. Emin ağır yanıq xəsarətləri alıb, komaya düşüb. Onu xəstəxanaya vertolyotla çatdırıblar.

Son xəbərlər
Bütün xəbərlər »