Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblini maşın vurdu

Qaxda nənəsigilə qonaq gələn məktəblini avtomobil vurub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Tasmalı kəndində baş verib.

Qax şəhər sakini 1994-cü il təvəllüdlü Yunis Miraləm oğlu Şəkiliyev idarə etdiyi "QAZ 24" markalı avtomobillə kəndə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Ləman Nurlan qızı Mirəyevanı vurub.

Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə-beyin travması diaqnozu qoyulub, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »