Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda polis əməkdaşını bıçaqladılar
Bıçaqlama

Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İnsident oktyabrın 9-dan 10-a keçən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.

1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb.

Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.

Paylaş »
››› Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - Video
››› Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
››› Rəsmi Moskva Trampın Ərdoğana yazdığı və tualetə atılan məktubu barədə danışır
››› Siyasi qalmaqal: Trampın Ərdoğana yazdığı təhqiramiz mətnli məktub hiddətə səbəb oldu - Video
››› Azərbaycanda şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir
Son xəbərlər
Bütün xəbərlər »