Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“iPhone 11” almaq üçün ilk sıradakı növbəni 6 min dollara satırlar

“Apple” şirkəti yeni “iPhone” modelini təqdim edib. “iPhone 11” ən çox tələbat olan malların siyahısında 13-cü yeri tutur.

Bizimyol.info xəbər verir ki, Rusiyada yeni “iPhone” modelini almaq üçün ilk sıradakı növbəni 400 min rubla (təxminən 6 min dollar) satırlar. Satış sentyabrın 20-də başlayacaq. “iPhone 11”-i 60 min rubla (təxminən 900 dollar) əldə etmək mümkün olacaq.

Xs və Xs Max versiyalarının qiyməti daha yüksəkdir. Məsələn, “iPhone 11 Pro Max”a 2000 dollar qiymət qoyulub.

Rusiyada növbə satan 75 elana rast gəlinib. Ən bahasının qiymətini yuxarıda yazdıq. Ümumiyyətlə, növbədə ilk 10-luqda olmaq üçün azı 150 min rubl (təxminən 2300 dollar) xərcləmək lazımdır.

“Apple” yeni modellərini dünən ictimaiyyətə təqdim edib. “iPhone 11”-in iki, “iPhone 11 Pro”nun üç kamerası var.

Son xəbərlər
Bütün xəbərlər »