Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana bişirdiyi pomidor-yumurtanı oğlu bəyənmədiyinə görə özünü eyvandan atdı

Türkiyənin Adana şəhərində ana qeyri-adi səbəbdən intihara cəhd edib. 70 yaşlı qadın bişirdiyi pomidor-yumurtanı oğlu bəyənmədiyinə görə özünü mənzilin eyvanından atıb.

Bizimyol.info xəbər verir ki, Atike T. oğlunun yemək tənqidinə dözə bilməyib. Barışın pomidor çığırtmanı pisləməsi ananı özündən çıxarıb. 41 yaşlı oğlunun tənqidini həzm edə bilməyib. Eyvana çıxan kimi özünü ikinci mərtəbədən aşağı tullayıb.

Qonşular təcili tibbi yardım çağırıb. Təqaüdçü qadının ayağı sındığı məlum olub. Polis Barışı həbs edib.

Qonşuların dediyinə görə, qadının oğlu narkotik istifadəçisidir. Onların evindən az qala hər gün səs-küy gəlirmiş. Oğul ana ilə həmişə dava edirmiş.

Son xəbərlər
Bütün xəbərlər »