Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözəllik salonu müştəriyə pedikür etməkdən imtina etdi: "Çox köksünüz" - Video

Texas ştatının ən böyük şəhərlərindən biri hesab olunan Hyustonda yaşayan qadının başına maraqlı hadisə gəlib.

"Bizimyol.info"nun xarici KİV-ə istinadən məlumatına görə, hadisə Hyustonda yerləşən "Rose Nails" gözəllik salonunda qeydə alınıb.

Belə ki, Tina Luis və anası gözəllik salonuna daxil olaraq pedikür etdirmək istədiyini bildirib və hansı kresloda əyləşə biləcəyini soruşub. Salon işçisinin cavabı isə Tinanı təəccübləndirib: "Bizdə sizin ölçülərinizə uyğun kreslo yoxdur".

"Rose Nails"in sahibi sonradan verdiyi açıqlamada işçisinin sözlərini təstiqləyərək əlavə edib: "Bizim kreslolar yüzlərlə milyon dollar qiymətindədir. Bizim onları hər dəfə təmir etməyə imkanımız çatmır".

Son xəbərlər
Bütün xəbərlər »