Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə kasıblıqdan boşanmırlar
bosanma_turleri2-702x336

Rusiyada boşanmaların sayı azalıb. Amma bunu əhalinin gəlirlərinin azalması ilə bağlayırlar.

Bizimyol.info xəbər verir ki, Rusiyada insanlar daha çox kasıblıq üzündən boşanmır. İlin ilk 7 ayı ərzində 1000 nikaha 621 boşanma düşüb. Keçən il ayrılıqların sayı 705 idi. Hökumət yanında sosial siyasət üzrə ekspert şurasının işçi qrupunun rəhbəri Sergey Rıbalçenko bunu ailələrin vəziyyətinin geriyə getməsi ilə əlaqələndirib. İnsanlar ortaq məişətə daha çox meyl göstərməyə başlayıb.

Mütəxəssisin fikrincə, kreditlər də öz işini görür. “İnsanlar çalışır ki, ayrılmasın, yükün öhdəsindən birlikdə gəlsinlər. Çünki mülk bölgüsü boşanma zamanı mürəkkəb prosesə çevrilir”, - Rıbalçenko belə deyib.

Rusiyada ən çox boşanma Leninqrad, Saxalin, Belqorod vilayətlərində, Kareliyada, Nenets muxtar əyalətində qeydə alınıb. Ən az boşanma isə Çeçenistanda, İnquşetiyada, Tuvada, Dağıstanda və Şimali Osetiyada olub. Mütəxəssislər bunu adət-ənənələrə sadiqliklə bağlayır.

Ümumiyyətlə, Rusiyada boşanma əmsalı 4,2-dir. Məsələn, Almaniyada 1,86, Avstraliyada 2, ABŞ-da 3,2 olduğu bildirilir.

Paylaş »
››› Bakıda sürücülərə tələ quran polislərin kimliyi açıqlandı - Video
››› Gündə 10 min dollar qazanan məktəbli: təzə imarət alıb - Fotolar
››› Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video
››› Tofiq Qasımov İsveçrədə dəfn olunub: “Ailəsi bu barədə Azərbaycana gec məlumat verib”
››› Polisdən orijinal addım: Oğlunun kiçik toyuna kimsəsiz uşaqları dəvət etdi - Foto

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »