Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda yolayrıcının keçilməsi qaydalarının pozulması qəzalara səbəb oldu - Video
qəza

Bakıda yolayrıcının keçilməsi qaydalarının pozulmasına görə baş verən qəzalar kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, ilk qəza Yasamal rayonu Şərifzadə küçəsində baş verib.

“VAZ 2107” markalı avtomobil baş yol ilə hərəkət edən zaman əks istiqamətdən gələrək, sola dönmək istəyən “Opel” markalı avtomobil onun qarşısına çıxıb. Nəticədə toqquşma baş verib.

İkinci hadisə Azadlıq prospekti ilə Bakıxanov prospektinin kəsişməsində baş verib. Taksi sürücüsü Bakıxanov prospekti ilə hərəkət edən zaman işıqforun qadağanedici nişanında keçən avtomobil ilə toqquşub. Toqquşma nəticəsində taksinin ön hissəsi əzilib. Digər avtomobil isə zərbənin gücündən aşıb.

Üçüncü hadisə Əhməd Rəcəbli küçəsində baş verib. Kəsişmədə sağa dönən “BMW” markalı avtomobili buraxmayan “Mercedes Viano” markalı avtomobil ona çırpılıb.

Paylaş »
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Sabah Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
››› “Müharibə an məsələsidir”
Son xəbərlər
Bütün xəbərlər »