Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu dəfə qaydanı polis pozdu - Video

Bakı şəhəri, Xətai prospektində "BMW" maraklı 99 YP 266 dövlət qeydiyyat nişanlı patrul avtomobilində yol hərəkət qaydasını pozub.

Bizimyol.info xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Nəqliyyat vasitəsinə quraşdırılmış video qeydiyyatçı vasitəsilə qeydə alınmış videogörüntüyə əsasən yol polisi əks istiqamət ilə hərəkət edərək 1.1. xəttin də tələblərini pozur.

Məsələ ilə bağlı sürücü Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə müraciət edib.

Müraciətə cavabda qeyd olunub ki, xidməti fəaliyyəti qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun aparılması barədə Yol Patrul Xidməti əməkdaşına ciddi xəbərdarlıq olunub.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »