Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan İmamoğlunu tənqid etdi
Rəcəb Tayyib Ərdoğan və Əkrəm İmamoğlu

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında 29 böyük şəhərin bələdiyyə rəhbərləri ilə görüşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, tədbirdə diqqət çəkən məqamlardan biri Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri (İBB) Əkrəm İmamoğlunun adını hallandırmadan onun ünvanına səsləndirdiyi tənqidlər olub.

Belə ki, dövlət başçısı özünün İstanbula başçı seçiləndən sonra orada öncədən çalışan, öz zəhməti hesabına əmək haqqı alan heç kimə toxunmadığını bildirib:

“Heç kimi vəzifəsindən, çörəyindən məhrum etmədim. Vəzifəyə gələndə şəhərin üzərinə çökmüş nəhəng problemlərlə və ən az onlar qədər böyük bir borc yükü ilə rastlaşdım. Problemlərimizi bir-bir həll edib borclarımızı səbrlə ödədim. Nə işçi heyəti, nə avtomobillər, nə də başqa bir şeyə qarşı mübarizə apardım. Bütün vaxtımı şəhərin problemlərinin, xalqın sıxıntılarının həllinə sərf etdim. Bütün bələdiyyə rəhbərlərindən də eyni həssaslığı nümayiş etdirməyi gözləyirəm”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ə. İmamoğlu bir neçə gün öncə ödənişi İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən edilən yüzlərlə məmur avtomobilini Yeni qapı meydanına gətizdirməyə başlayıb.

Paylaş »
››› Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
››› Milli Məclisin deputatı vəfat edib
››› Vasif Talıbovdan absurd sərəncam: Özəl universitetə rektor təyin edib
››› Kommunal xərclərin artırılması xalqa deyilsə, kimə təsir edir?
››› Çukotkada 56 ağ ayı buzların əsiri olub – Video
Son xəbərlər
Bütün xəbərlər »